• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Koronavirusa yoluxanların sayı 1000-ə çatır

GÜNDƏM

16 Mart 2021 | 14:13

Koronavirusa yoluxanların sayı 1000-ə çatır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 241 651 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6983 nəfərdir.

Ölkədə son sutka ərzində 10 453, hazırkı dövrədək isə 2 726 470 test aparılıb.

Qeyd edək ki, dünən 376 nəfər koronavirusa yoluxmuşdu.


Koronavirusa yoluxanların sayı 1000-ə çatır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026