• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Normal həyatımıza qayıtmağa az qaldı - Həkimdən açıqlama

GÜNDƏM

15 Aprel 2021 | 13:32

Normal həyatımıza qayıtmağa az qaldı - Həkimdən açıqlama

“Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına əsasən deyə bilərik ki, koronavirusa (COVİD-19) yoluxanların və bu xəstəlikdən sağalanların sayı bərabərləşir”.  

Bu barədə Bakivaxti.az-a tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov bildirib.

Onun sözlərinə görə, pandemiyanın dördüncü və beşinci dalğası olmayacaq: “Koronavirusla bağlı son məlumat gələn həftədən etibarən vəziyyətin stabilləşəcəyini və növbəti 2 həftə ərzində üçüncü dalğanın sönməyə gedəcəyini göstərir. Pandemiyanın qanunauyğunluğu var. Hər dalğa əvvəl yüksəlir və yüksəldikcə xəstə sayı artır. Hər bir xəstənin sağalma müddəti təxminən 2 həftədir. Bu müddət ərzində çox ağır xəstələr ölür, orta ağırların müalicəsi üçüncü həftəyə keçir, az ağrılar 10-14 gün sonra evlərinə buraxılır. Bu gün biz üçüncü dalğanı yaşayırıq. İlk günlərdə 2500-ə qədər xəstə, 400-500 sağalan var idi, bu gün məsələn 2500 xəstə və bir o qədər də sağalan var. Demək raqəmlər bərabərləşir. Bundan sonra stabiləşmə və ardınca enmə gələcək. Enmə zamanı artıq əks proses başlayacaq. Hər gün yoxulanların sayı azalacaq, amma sağalıb evə buraxılanların sayı stabil qalacaq. Bu proses yenə rəqəmlər bərabərləşənə qədər davam edəcək. Deyək ki mayın 15-ni biz 200-300 yoluxma ilə qarşılayacağıq. Bu da üçüncü dalğanın sönməsi deməkdir. Fikrimcə, 1 iyunda biz normal həyatımıza qayıda biləcəyik”.

Həkim qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini sərtləşdirməməklə, SMS icazə sistemini tətbiq etməməklə doğru qərar verib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə Azərbaycanda 14 aprel tarixində koronavirusa 2293 yeni yoluxma faktı qeydə alınıb. Yeni sağalanların sayı isə 2071 nəfərdir.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR