Fevralın 16-dan etibarən hər bir şəxs Virgin Galactic-in biletləri ilə kosmosa səfər edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, səfər suborbital USS Unity gəmisində olacaq, biletin qiyməti 450 min dollaradır. Oturacaq rezerv etmək üçün 150.000 dollar əvvəlcədən ödənilməlidir (aviatravel.az). Qalan vəsait daha sonra ödənilməlidir.
Uçuşqabağı təlim "zənginlər və məşhurlar" üçün "dünya səviyyəli şəraiti" olan yerlərdə bir neçə gün davam edir.
Xatırladaq ki, SpaceShip Two keçən yay sərnişinlərlə ilk və indiyə qədər yeganə uçuşunu həyata keçirmişdi.
















