• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Kosmosda Azərbaycan bayrağı sinəmdə olacaq” - Türkiyəli astronavt

CƏMİYYƏT

06 Iyun 2024 | 13:44

“Kosmosda Azərbaycan bayrağı sinəmdə olacaq” - Türkiyəli astronavt

“Uçuş zamanı sinəmdə Azərbaycan bayrağı da olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri kosmosa səyahət edəcək ikinci türkiyəli astronavt Tuva Cihangir Atasever “Anadolu Ajansı”na müsahibəsində deyib. 

Astronavt bildirib ki, iyunun 8-i baş tutacaq kosmos ekspediyası zamanı həm Türkiyə, həm də Azərbaycan bayrağı sinəsində olacaq: “Bu iki ölkənin bayrağı və xalqı hər zaman necə yan-yanadırsa, mənim kosmos səyahətim müddətində də bu bayraqlar yenə yanaşı olacaqlar”.

Qeyd edək ki, Tuva Cihangir Atasever Azərbaycanəsillidir. O, kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026