• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kral III Çarlz "Qüllədəki Şahzadələr"ə görə hərəkətə keçdi

DÜNYA

17 Oktyabr 2022 | 15:51 | Müəllif: Qalib İbrahimoğlu

Kral III Çarlz "Qüllədəki Şahzadələr"ə görə hərəkətə keçdi

İngiltərə kralı III Çarlz 539 il əvvəl törədilən və hələ də sirr olaraq qalan "Qüllədəki Şahzadələr" cinayətinin açılması üçün hərəkətə keçib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  Kral Çarlzın öldürülən iki şahzadəyə aid olduğu güman edilən sümüklər üçün DNT araşdırmalarını dəstəklədiyi açıqlanıb.

“Qüllədəki Şahzadələr” kimi də tanınan iki qardaş ataları Kral IV Edvard öləndə əmiləri Qloster hersoqu tərəfindən tacqoyma mərasiminə qədər London Qülləsində həbsdə qalmışdılar. Şahzadə Eduardın tacqoyma mərasimindən əvvəl onun əmisi parlamenti çağırmış və şahzadələri qeyri-qanuni elan etmişdi və III Riçard kimi taxta çıxdı.

Şekspirin III Riçard pyesində V Edvard və III Riçardın 1483-cü ildə London qülləsində həbs olunduqdan sonra tacı iddia edən əmiləri tərəfindən öldürüldüyü iddia olunurdu.

Treysi Borman Staffordşirdəki Sandon Ədəbiyyat Festivalında "Kral Çarlz gənc şahzadələrin necə öldüyünü müəyyən etmək üçün istintaqın davam etməsini istədiyini söyləyib" deyib. İngiltərə Kilsəsi Vestminster Abbeyində basdırılan sümüklərin şahzadələrə aid olub-olmadığını müəyyən etmək üçün DNT testinə icazə verməkdən davamlı olaraq imtina edirdi. Kraliça II Elizabet də əvvəllər Şahzadə III Riçard və Şahzadə V Edvarda məxsus olduğu bildirilən qalıqların sınaqdan keçirilməsinə icazə verməyib. Ancaq Kral Çarlzın bu mövzuda anasından fərqli fikirdə olduğu və bu qətlin üstünü açmağa davam edəcəyi bildirilib.

Aytac Aslan


Kral III Çarlz "Qüllədəki Şahzadələr"ə görə hərəkətə keçdiKral III Çarlz "Qüllədəki Şahzadələr"ə görə hərəkətə keçdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026