Ukraynanın eks-prezidenti Leonid Kravçuk ürək əməliyyatı keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
“Əməliyyat Kiyevdə həyata keçirilib. Hazırda Kravçuk özünü yaxşı hiss edir. Həkimlərin sözlərinə görə, əməliyyat uğurlu olub”, - nəşr bildirib.
Qeyd edək ki, 1991-1994-cü illərdə Ukraynanın prezidenti olmuş Leonid Kravçukun 87 yaşı var. Hazırda o, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəridir.
















