Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər Əfqanıstanla sərhəddə vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana yardım göstərəcəkləri ilə bağlı yekdilliklə razılaşdılar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT baş katibi Stanislav Zas Müdafiə Nazirləri Şurası, Xarici İşlər Nazirləri Şurası və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasından sonra jurnalistlərə bildirib.
O, Əfqanıstandakı vəziyyətin KTMT üçün xüsusi narahatlıq doğurduğunu vurğulayıb.
"Bütün KTMT üzvü olan dövlətlər yekdilliklə yekdil mövqedən çıxış edirlər və KTMT -nin cənub sərhədlərində vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana bütün lazımi hərbi və diplomatik yardımlar göstəriləcək" - deyə, Zas bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















