Metronun “Neftçilər” stansiyasının qarşısında oğulun anasını bıçaqladığı anın görüntüləri yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə yayımlanıb.
Xatırladaq ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.
Dəhşətli anın görüntülərini təqdim edirik:
*** 15:25
Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:
"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
*** 13:57
Bakıda qətl hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir kİ, hadisə "Neftçilər" metrosunun yaxınlığında qeydə alınıb. Belə ki, yeniyetmə küçədə anasını qətlə yetirib.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.
Bilririlib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qatil isti izlərlə tutularaq istintaqa cəlb olunub.
















