Bakıda güclü külək yük avtomobilini aşırıb.
Bakıvaxtı.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "QAZel" markalı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
















