• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Rövşən Lənkəranski"nin aeroportdan haqq alan adamları TUTULDU

HADİSƏ

16 Dekabr 2021 | 13:38 | Müəllif: Qalib İbrahimoğlu

"Rövşən Lənkəranski"nin aeroportdan haqq alan adamları TUTULDU

Gürcüstan polisi Tbilisidə xüsusi əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, əməliyyat nəticəsində 9 “qanuni oğru” saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, polis hazırda Türkiyədə yaşayan “qanuni oğru” “Çinka" ləqəbli Tengiz Xoperiya vasitəsilə onların izinə düşüb.

Müəyyən edilib ki, onlar Xoperiyanın göstərişi ilə Tbilisi aeroportuna nəzarət ediblərmiş. Onlar taksi sürücülərinə, habelə ətrafdakı obyektlərə bac qoyaraq, onları soyurmuşlar.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T. Xoperiya mərhum azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin yaxın adamlarından biri olub.


"Rövşən Lənkəranski"nin aeroportdan haqq alan adamları TUTULDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026