• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kürdəmirdə qanunsuz ov edən üç nəfər saxlanıldı

HADİSƏ

05 Yanvar 2022 | 14:40

Kürdəmirdə qanunsuz ov edən üç nəfər saxlanıldı

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Ruslan İbrahimov, Kamil Əsgərov və İlham Mikayılov saxlanılıblar.

Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026