• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Laçın ermənilər üçün BAĞLANDI

CƏMİYYƏT

30 Avqust 2022 | 21:32 | Müəllif: Subhan Mahmudov

Laçın ermənilər üçün BAĞLANDI

Saat 20:00-dan etibarən Laçın dəhlizi ermənilər üçün bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistandan Qarabağa nəqliyyat Zabux (Ahavno) və Laçından (Berdzordan) yan keçərək Şuşanın Berdadzor yarımrayonunun kəndləri vasitəsilə Qarabağa aparan müvəqqəti, tam asfaltlanmış yol ilə təşkil olunacaq.

Ermənistanın Sünik vilayətində Kornidzordan keçəcək əsas yolun gələn ilin yazına hazır olacağı bildirilir.

Rusiya sülhməramlıları əvvəlcə müvəqqəti yolda, daha sonra isə əsas yolda yerləşdiriləcək.

Xatırladaq ki, Laçın dəhlizi, eləcə də onun boyu yerləşən yaşayış məntəqələri (Berdzor, Ahavno və Sus) avqustun 26-da Azərbaycanın nəzarətinə keçib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026