• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Laçın SBM-dən daha 28 nəfər erməni keçdi - VİDEO

CƏMİYYƏT

19 Sentyabr 2023 | 12:16

Laçın SBM-dən daha 28 nəfər erməni keçdi - VİDEO

Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşaiyətçi, 1 nəfəri isə tibb işçisi olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Laçın SBM-dən daha 28 nəfər erməni keçdi - VİDEOLaçın SBM-dən daha 28 nəfər erməni keçdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR