• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lahordan Bakıya ilk reys həyata keçirildi

CƏMİYYƏT

16 Mart 2022 | 13:45

Lahordan Bakıya ilk reys həyata keçirildi

“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.

Bu barədə Bakıvaxtı.az-a Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.

Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR