"Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq".
Bunu Bakıvaxtı.az-a dördüncü nəsil məşqçi Sərxan Tağıyev deyib.
Onun sözlərinə görə, artıq tikinti ilə bağlı hazırlıq işləri görülür. S.Tağıyev bildirib ki, zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək .
Zavodda Qarabağ cinsi olan atların yetişdirilməsi aparılacaq.
"Bu il Şuşada, Ağdamda və Füzulidə böyük tədbirlər olacaq və orada Qarabağ atları mütləq iştirak edəcək",- deyə S.Tağıyev qeyd edib.
Ramid İbrahimov
















