• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şuşa şəhəri qazla qızdırılmayacaq - AÇIQLAMA

CƏMİYYƏT

15 Aprel 2022 | 12:32 | Müəllif: Subhan Mahmudov

Şuşa şəhəri qazla qızdırılmayacaq - AÇIQLAMA

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev işğaldan azad olunmuş Şuşa şəhərində qurulan istilik sistemindən danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu məqsədlə Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanıldığını bildirib:

“Müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub. Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.

O qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, bir ədədi dizel yanacağı ilə işləyir.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026