• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Lavrov bu iclasda Qarabağdakı vəziyyəti müzakirə edəcək

SİYASƏT

25 Noyabr 2021 | 14:31 | Müəllif: Subhan Mahmudov

Lavrov bu iclasda Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd olunub ki, S.Lavrov dekabrın 2-3-də Stokholmda ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında iştirak edəcək:

"İclasda təşkilatın hərbi-siyasi, iqtisadi, ekoloji və humanitar müstəvilərdə təhlükəsizik istiqamətində fəaliyyətinin yekunları və perspektivləri, eləcə də ATƏT məkanında, o cümlədən Qarabağda tənzimlənmə məsələləri müzakirə olunacaq", - S.Lavrov deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026