• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Legiya”nın sabiq baş məşqçisi Mahiri iclasda tənqid edibmiş

İDMAN

31 Yanvar 2022 | 13:12

“Legiya”nın sabiq baş məşqçisi Mahiri iclasda tənqid edibmiş

Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasın görüntüləri “Kanal Sportowy”də yerləşdirilib. Mixneviç həmin ərəfədə yatıb qaldığı üçün məşqə gecikən azərbaycanlı hücumçu Mahir Emrelini sərt tənqid edib:

“Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? “Lex”lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil.

Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam”.

Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026