“Ferrari” pilotu Şarl Leklek beşinci yerdən start götürəcəyi Əbu-Dabi Qran-prisi ilə bağlı gözləntilərini bölüşüb.
Bakıvaxtı.az bildirir ki, dekabrın 7-də mövsümün son yarışı keçiriləcək.
“Beşinci yerdən məmnunam. Bununla kifayətlənməyimiz təəssüf doğurur, amma bu, bizim ən yaxşı nəticəmiz idi. Bugünkü tempimdən və 3-cü rübdə etdiyim dövrələrdən məmnunam. Ümid edirəm ki, gələn mövsümə yaxşı formada başlayacağıq və yenidən yarışlarda qalib gələ bilərik. İstədiyim budur.
Sadəcə bu həftəsonuna baxanda əhəmiyyətli irəliləyişlər əldə etmişik. İkinci və üçüncü məşq sessiyaları arasında avtomobildə çoxlu dəyişikliklər etdik. Risk etdik, amma hamısı öz bəhrəsini verdi. Bunlar olmasaydı, düşünürəm ki, doqquzuncu yeri tutardıq. Mövsümün son yarışında podiuma çıxmaq üçün mütləq risk edəcəyəm. Mənim üçün vacib olan tək şey budur. İndi titul uğrunda mübarizə gedir, amma “Ferrari” ilə nəyə nail ola biləcəyimə diqqət yetirirəm. Və mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışacağıq. Kiminlə mübarizə aparmalı olduğunun fərqi yoxdur”, - Lekler deyib.
Bakı 



