İntensiv yağışlar Lənkəranda bir sıra fəsadlar törədib.
Bakıvaxtı.az xəbər verir ki, bölgədə yağan yağışlar nəticəsində Lənkərançay məcrasından çıxıb.
Əsasən, Sütəmurdov kəndi və çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.
















