• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lerikdə dağlıq ərazidə yanğın söndürülüb

HADİSƏ

24 Avqust 2021 | 11:45

Lerikdə dağlıq ərazidə yanğın söndürülüb

Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

FHN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin hesablamaya əsasən, ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və mütəmadi güclənən küləyin əsməsinə baxmayaraq, yanğından meşə zolağı mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR