• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Leysan altı nəfərin həyatına son qoydu

DÜNYA

11 Iyul 2023 | 09:59

Leysan altı nəfərin həyatına son qoydu

Yaponiyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Yaponiyanın cənub-qərbində güclü leysan yağışları ötən həftənin sonundan davam edir. Oita, Saqa və Fukuoka prefekturalarının bəzi ərazilərində yağıntının miqdarı 55-92 mm/saat təşkil edib. Bu, çaylarda daşqınlara və sürüşmələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026