• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Litva Belarusla sərhədini tamamilə bağlaya bilər

DÜNYA

03 Avqust 2023 | 14:49

Litva Belarusla sərhədini tamamilə bağlaya bilər

“Litva Belarusla sərhədi tamamilə bağlaya bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna səbəb “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatıdır.

Dövlət başçısı söyləyib ki, Litva, Latviya və Polşa ümumi “Vaqner” təhlükəsinin qarşısının alınması üçün koordinasiyalı davranmalıdır.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, G.Nauseda daha əvvəl “Vaqner”i ciddi təhlükə kimi qiymətləndirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026