Litva hökuməti Şengen vizası ilə Belarus vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması imkanını müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib.
“Mən açıq şəkildə görürəm ki, Belarus da hərbi əməliyyatlarda iştirak edir və qanunsuz miqrantlardan istifadə edərək Litvaya qarşı hibrid hücumlar təşkil edir. Hesab edirəm ki, bunlar belarusların probleminin həlli üçün ciddi arqumentlərdir”,- Bilotaite qeyd edib.
Xatırladaq ki, bu gündən etibarən Rusiya Federasiyası vətəndaşları Estoniya, Latviya, Litva və Polşaya daxil ola bilməyəcəklər. /Axar.az













jpg-1666173888.webp)

