• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Lukaşenko dekabrda xalqa müraciət edəcək

DÜNYA

25 Noyabr 2025 | 14:10 | Müəllif: Gülşən Şərif

Lukaşenko dekabrda xalqa müraciət edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 18-19-da keçiriləcək 7-ci ÜmumBelarus Xalq Assambleyasının (ABPA) ikinci sessiyasında xalqa və parlamentə müraciət etməyi planlaşdırır. 

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezident Belarus xalqına və parlamentinə müraciətlə çıxış etməyi planlaşdırır. Yenilənmiş konstitusiyaya əsasən, illik müraciətlər yalnız ÜmumBelarus Xalq Assambleyasında dinlənilir.

Bundan başqa, assambleya Belarusun növbəti 5 il üçün sosial-iqtisadi inkişaf proqramını təsdiq edəcək. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026