• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Lukaşenko Pekinə getdi

DÜNYA

03 Dekabr 2023 | 18:33 | Müəllif: Subhan Mahmudov

Lukaşenko Pekinə getdi

Belarus prezidenti Aleksandr Lukaşenko Pekinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı məlumat yayıb.

“1 nömrəli təyyarə Pekində eniş edib”, – nəşr yazıb. 

Bundan əvvəl Lukaşenkonun dekabrın 3-4-də Çinə səfər edəcəyi və orada Çin prezidenti Si Cinpinlə görüşəcəyi bildirilirdi. Onların Pekində baş tutacaq danışıqlarının gündəliyinə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir. Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026