• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Yaponiyada təyyarələr toqquşdu - VİDEO

DÜNYA

02 Yanvar 2024 | 17:10

Yaponiyada təyyarələr toqquşdu - VİDEO

“Japan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Bildirilib ki, yanğının söndürülməsi məqsədilə əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib. Qeyd olunub ki, qəzaya uğrayan Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin 6 ekipaj üzvündən 5-i həlak olub, hava gəmisinin kapitanı isə ağır xəsarət alsa da təyyarəni tərk edə bilib.

    Məlumata görə, Sahil Mühafizə Xidmətinə məxsus təyyarə hadisə zamanı Niiqata prefekturasında zəlzələ qurbanlarına yardım üçün uçmalı idi.
    Qəza səbəbilə Haneda hava limanında uçuşların çoxunun ləğv edildiyi

    bildirilir.

    ***

    15:50

    Tokioda yanan təyyarənin ekipaj üzvlərindən 5 nəfər ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.

      Qeyd edək ki, təyyarədə 6 nəfər ekipaj üzvü olub.

      ***

      14:11

      Tokioda göyərtəsində 300 nəfərdən çox sərnişinin olduğu təyyarə alovlanıb.

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.

        Bildirilib ki, Tokio hava limanına eniş edən təyyarənin alovlanmasına səbəb səmada digər bir təyyarə ilə toqquşması olub.

        Yanan təyyarənin göyərtəsində 300 nəfərdən çox sərnişin olub. Bütün sərnişinlər və ekipaj üzvləri təxliyə edilib.


        Batıgöz reklamMedia İnkişaf

        SON XƏBƏRLƏR