İngiltərədə 285 yaşlı limon 1780 dollar satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.
Meyvəni qardaşlar rəhmətlik əmilərinin 19-cu əsrə aid evini təmizləyərkən tapıblar.
Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxterə verildiyi yazılıb.
Onlar meyvəni hərraca təklif ediblər.
Meyvənin tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da hərraca çıxarıb.
Bir alıcı limon üçün 1780 dollar ödəyərək hərracın qalibi olub.
İlkin məlumatlara görə, bu suvenir Hindistandan İngiltərəyə bir kişidən sevgilisinə romantik hədiyyə olaraq gətirilib.
Günəş Mərd
















