• Bakı 8° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lukaşenko referendumun vaxtını açıqladı

DÜNYA

19 Yanvar 2022 | 00:20 | Müəllif: Subhan Mahmudov

Lukaşenko referendumun vaxtını açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko respublika konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtını açıqlayıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Belarus lideri bu tarixin fevrala təyin edildiyini deyib.

"Düşünürəm ki, söz verdiyimiz kimi fevralda referendum keçirməliyik. İnsanlar öz sözünü desin. Heç kim təzyiq göstərməyəcək. Biz öz mövqeyimizi açıq şəkildə bildiririk. Keçəcək, keçməyəcək - xalq qərar verəcək. Əsas odur ki, mahiyyəti xalqa çatdıraq: əziz, hörmətli yoldaşlar, biz burada bu Konstitusiyanı təklif edirik, niyə - səbəblər budur. Mən bu barədə yaxın vaxtlarda xalqa və parlamentə müraciətimdə danışacağam", - deyə Lukaşenko bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026