• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lüksemburq - Azərbaycan oyununun hakimləri açıqlandı

İDMAN

03 Sentyabr 2024 | 14:10

Lüksemburq - Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dezire Qrundbaxerin yardımçıları Mattias Sbrissa və Quillaume Maire olacaq. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR