Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə macarıstanlı nazir özünün "Facebook" səhifəsində yazıb.
Nazir qeyd edib ki, sabah birgə iqtisadi komitə, biznes forum və enerji məsələləri ilə bağlı danışıqlar baş tutacaq.
***
17:02
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az-ın xəbərinə görə, Macarıstan nümayəndə heyətinin ölkəyə səfəri çərçivəsində sabah Azərbaycan və Macarıstan Hökumətlərarası Komissiyanın iclası olacaq, ikitərəfli sənədlər imzalanacaq.
İclasdan sonra Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun brifinqi, Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək./apa/
















