• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Mahir Emreli “Dinamo” azarkeşləri ilə görüşəcək

İDMAN

20 Aprel 2022 | 15:50

Mahir Emreli “Dinamo” azarkeşləri ilə görüşəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüş aprelin 26-da – “Dinamo”nun yaranmasının 111-ci ildönümündə təşkil olunacaq.

“Dinamo” 111-ci öldönümü məqsədilə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

“Dinamo” bu gün Xorvatiya çempionatının 9-cu turunda təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR