• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhriyar Məmmədyarov 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb

İDMAN

20 May 2022 | 00:36 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin ilk günündə 4 görüş keçirib.

İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada Abhimanyu Mişraya (ABŞ) uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026