"Mançester Yunayted"in rəhbərliyi və məşqçi heyəti artıq fransalı yarımmüdafiəçi Antoni Marsyalın komandada görmək istəmir.
Bakıvaxtı.az "Eurosport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərləri futbolçunun agentinə onun üçün yeni klub axtarmasına icazə veriblər.
Bildirilib ki, oyunçunun özü Premyer Liqada qalmaq istəyir. Klubun onu təxminən 40 milyon funt sterlinqə satmaq istədiyi vurğulanıb.
Qeyd edək ki, Marsyal 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir.
















