• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qadın futbolçulardan ibarət millimiz uduzdu

İDMAN

21 Oktyabr 2021 | 18:44 | Müəllif: Subhan Mahmudov

Qadın futbolçulardan ibarət millimiz uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda III turda Monteneqronun qonağı olub.

Podqoritsa şəhərində keçirilmiş qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

3 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Monteneqro isə 6 xalla ilk 3 sıranı bölüşür.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 26-da Bakıda Maltaya qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR