• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu oldu

İDMAN

21 Oktyabr 2021 | 19:37

Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu oldu

Azərbaycan kikboksçusu, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.

44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR