• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Mançester Yunayted”in Kazemiro ŞOKU

İDMAN

03 Noyabr 2023 | 22:32 | Müəllif: Subhan Mahmudov

“Mançester Yunayted”in Kazemiro ŞOKU

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro Liqa Kubokunda “Nyukasl Yunayted”lə qarşılaşma zamanı (0:3) aldığı zədə səbəbindən bir neçə həftə oyunlarda iştirak edə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti komandanın rəsmi saytında məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən fasilədə əvəzlənib. Sonrakı qiymətləndirmədə futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalmasına səbəb olacaq zədə aşkarlanıb.

Qeyd edək ki, 31 yaşlı Kazemiro 2022-ci ilin yayında “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm braziliyalı bütün yarışlarda 12 matçda iştirak edib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2026-cı ilin yayına kimi imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026