• Bakı 19° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

“Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI - VİDEO

CƏMİYYƏT

19 Noyabr 2024 | 11:20

“Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI - VİDEO

Tetra Pak qablaşdırmada istehsal edilən “Natura” meyvə şirəsinin içindən kif göbələyi çıxıb.

Bakıvaxtı.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış bloqer Əfsanə Fərəc öz sosial şəbəkə hesabında paylaşım edib.

2024-cü ilin 25 iyulunda istehsal edilən şirənin son istifadə tarixi 2025-ci ilin 25 iyul ayı göstərildiyi halda içindən kif göbələyi çıxıb.

“Bu nə biabırçılıqdır? Evimizdə körpə uşaqlar içəcəkdi. Stəkana süzəndə adam heç içində nəsə olduğunu bilmir. Bunu hər gün nə qədər insan içir. Biri izah versin ki, bunun içərisində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə, iyrənc”, - bloqer bildirib.


SON XƏBƏRLƏR

24 Aprel 2025