“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransadakı oyununu stadiondan izləmək istəyən bütün azarkeşlərin bilet əldə etməsi mümkün olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qol.az saytına klubun mətbuat ximətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, Ağdam təmsilçisinə bilet satışında heç bir məhdudiyyət qoyulmayıb və qarşılaşmaya gəlmək istəyən bütün azarkeşlər “Velodrom” stadionunda “Qarabağ” üçün ayrılmış xüsusi kassadan bilet əldə edə bilərlər:
“Bilet sayı ilə bağlı məhdudiyyət yoxdur. Nə qədər azarkeşimiz olsa, həmin saya uyğun bilet ayrılacaq. Biletləri “Velodrom” stadionunda ayrılmış xüsusi kassadan əldə etmək mümkündür”.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 24-ü Bakıda olacaq.
















