• Bakı 11° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Ötən ay 5 nəfər zəhərlənmədən ÖLÜB

CƏMİYYƏT

02 Aprel 2025 | 09:15

Ötən ay 5 nəfər zəhərlənmədən ÖLÜB

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Qeyd olunub ki, 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələr zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb. Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur",- deyə məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR