• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Mayın 9-da Moldovada hərbi parad olmayacaq - Maya Sandu

DÜNYA

28 Aprel 2022 | 21:20 | Müəllif: Qalib İbrahimoğlu

Mayın 9-da Moldovada hərbi parad olmayacaq - Maya Sandu

Mayın 9-da Moldovada hərbi parad olmayacaq.

Bakıvaxtı.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu məlumat verib.

Prezident bildirib ki, mayın 9-da sadəcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

"Mayın 9-da parad təşkil olunmayacaq. Mitinqlər, dinc tədbirlər, müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmək olar. Elə şeylər var ki, onlar hansı formada olursa olsun, anım formasında qəbul olunur”, - deyə dövlət başçısı əlavə edib.

9 May ilə bağlı milli təhlükəsizliyə təhdidlərin olub-olmaması ilə bağlı suala ölkə Prezidenti belə cavab verib: “Biz bu günlə bağlı planların elanlarını eşitmişik. Hüquq-mühafizə orqanları iş başında olmalı, asayişi qorumalıdır. Vəziyyəti pozmağa çalışanlar isə bilməlidirlər ki, cəzalandırılacaqlar”./azərtac
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR