• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mbappe Arda Güleri "məhv etdi"

İDMAN

02 Dekabr 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Mbappe Arda Güleri "məhv etdi"

Ötən gecə İspaniya La liqasında "Madrid" derbisində "Real Madrid" rəqibi  "Xetafe"ni əliboş yola salıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kral klubunun 2:0 üstün olduğu oyunda ikinci hissədə meydana çıxan Arda Güler göstərdiyi performansla sosial mediada böyük rəğbət toplayıb.

Ancaq Kilian Mbappenin Arda Gülerin ötürmələrini sağa-sola xərcləməsi azarkeşləri qəzəbləndirib. Ardanın 95.7 faiz pas dəqiqliyi və ikili mübarizələrdəki uğurları, Mbappenin qaçırdığı vəziyyətlərlə kölgələnib.

Futbol izləyiciləri ulduz futbolçu üçün "Arda Gülerin ötürmələrini məhv etdi" kimi şərhlər yazıblar.

Cud Bellinqemin yerinə matça daxil olan Güler 9 ikili mübarizənin 5-ni qazanmağı bacarıb. 

Qeyd edək ki, Real Madrid "Xetafe"ni Cud Bellinqem və Kilian Mbappenin qolları ilə məğlub edib./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026