• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Medianın fəaliyyətində vətəndaş cəmiyyətinin rolu böyükdür" - Natiq Məmmədli

MEDİA

16 Iyul 2024 | 12:25

Medianın fəaliyyətində vətəndaş cəmiyyətinin rolu böyükdür - Natiq Məmmədli

"Medianın inkişafında qeyri-hökumət təşkilatlarının xüsusi əhəmiyyəti var”.

Bakıvaxtı.az bildirir ki, Medianın İnkişafı Agentliyinin sədr müavini Natiq Məmmədli bu sözləri "Azərbaycan media landşaftı üzrə məlumat bazası"nın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, media nümayəndələri ilə birlikdə vətəndaş cəmiyyətinin də proseslərdə aktiv iştirak etməsi böyük rol oynayır.

Agentliyin sədr müavini tədbir iştirakçılarına media reysteri məsələsi ilə bağlı da məlumat verib. Bildirib ki, reyster prosesinin formalaşmasından sonra ölkəmizin media mühitində olan mənzərə cəmiyyətə açıq görünür.

Məlumat bazası ilə bağlı fikirlərini bölüşən N.Məmmədli bu layihənin formalaşdırılmasını yüksək səviyyəli addım kimi qiymətləndirib:

"Layihə Azərbaycan mediasına qiymət vermək istəyən hər kəs üçün əlçatan olacaq. Demək lazımdır ki, yaradılan bazada Azərbaycan və dünyada informasiya dövriyyəsini tənzimləyən bütün qanunlar, etik standartlarla bağlı olan milli və beynəlxalq sənədlərin mətnləri, fəaliyyətdə olan media subyektlərinin adlarının və gender balansının media məkanındakı durumu ilə bağlı statistik göstəricilər öz əksini tapıb".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Sentyabr 2024