25.06.2025-ci il tarixində saat 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Nəzərə çatdırılıb ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb.
"Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Gəncədə '"Ford" və "VAZ " markalı minik maşınları toqquşub.
Məlumata görə, xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Onlar orta məktəb müəllimləri olduğu və Gəncə şəhərinə imtahan vermək üçün gəldikləri deyilir.
Mina Mikayılova