• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məhbubə Hüseynovanın yerinə təyin edilən direktor kimdir?

CƏMİYYƏT

14 Aprel 2023 | 15:37

Məhbubə Hüseynovanın yerinə təyin edilən direktor kimdir?

Xəbər verdiyimiz kimi, Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb və bu vəzifə Gülnarə Şəmiyevaya həvalə edilib.
 
Bakıvaxtı.az xəbər verir ki, Gülnar Şəmiyevaya bu vəzifəyə qədər Bakıda 2 saylı uşaq evində  tərbiyəçi - psixoloq kimi çalışıb.
 
Yeni direktorun 38 yaşı var. O dünən günorta saatlarında uşaq evində olub və vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib. /Azxeber


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026