• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mehriban Ələkbərzadə kollektivə təqdim olundu

MƏDƏNİYYƏT

16 May 2023 | 22:17 | Müəllif: Subhan Mahmudov

Mehriban Ələkbərzadə kollektivə təqdim olundu

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.

Bildirilib ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mehriban Ələkbərzadəni təbrik edib, onun teatr fəaliyyətini yüksək qiymətləndirib, quruluş verdiyi səhnə əsərlərinə olan tamaşaçı marağından danışıb. 

Mehriban Ələkbərzadə göstərilən etimada görə təşəkkürünü bildirib. 

Teatrın kollektivi təqdimatı alqışlarla qarşılayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026