Məşhur türk aktyorunun evliliyi bitir.
Bu barədə Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Yayılan məlumata görə, aktyor Kutsi "Benim adım Melek" serialında tanış olduğu həmkarı Sibel Ülker ilə evliliyinə son qoyur.
Cütlük 2 il yarımdır ki, evlidir. Onların ayrılmasına səbəb, aktyorun həyat yoldaşına psixoloji şiddət göstərməsi və evliliklərinin təməlində sarsıntının olmasıdır.
Məsələ ilə bağlı aktyor bir açıqlama verməyib.
Cütlüyūn 3 iyulda məhkəmə qarşısına çıxacağı deyilir.
Xəyalə Rza

















