• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Məktəb çökdü: 21 şagird öldü, 60-dan çox yaralı var - YENİLƏNİB

DÜNYA

13 Iyul 2024 | 00:00

Məktəb çökdü: 21 şagird öldü, 60-dan çox yaralı var - YENİLƏNİB

Nigeriyanın mərkəzində məktəb binasının bir hissəsinin dərs zamanı uçması nəticəsində ölən şagirdlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Nigeriya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Nuruddin Hüseyn Maqaciyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 21 şagird ölüb, daha 69 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Nigeriyanın "Channels" telekanalı dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin qala biləcəyini iddia edib. Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir. Ümumilikdə məktəbdə min şagird təhsil alır.

 

***21:32

Nigeriyanın mərkəzində dərs zamanı məktəb binasının bir hissəsi uçub.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə nəticəsində azı 16 məktəbli həlak olub.

Dağıntılar altından indiyədək beş nəfər xilas edilib.

Hadisə yerində xilasedicilər işləyir. Dağıntıları təmizləmək üçün qoşunlar cəlb edilib.


SON XƏBƏRLƏR