• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbdən intihar etdiyi deyilən şagirdlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

25 Oktyabr 2021 | 22:04 | Müəllif: Subhan Mahmudov

Məktəbdən intihar etdiyi deyilən şagirdlə bağlı AÇIQLAMA

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026