• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLAR

CƏMİYYƏT

01 Oktyabr 2021 | 09:37

Məktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLAR

Təhsil Nazirliyi sentyabrın 30-da media nümayəndələrinin iştirakı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, mediaturun məqsədi Mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) 2016-cı ildə ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq (Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşunaslıq Mərkəzi, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və digər 5 məktəbdənkənar mərkəz) fəaliyyətə başlayıb.
RUGİM-un əsas vəzifəsi uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, elmi-texniki biliklərinin artrılması, intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi, onlarda müasir texnologiyaları çevik mənimsəmək istedadının, sağlam həyat tərzinin və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasıdır. 

Mərkəz rəssamlıq, rəqs, texnologiya və innovasiyalara, ətraf mühitin qorunmasına və öyrənilməsinə, davamlı turizmə, elmi-texniki yaradıcılığa uşaq və gənclərin maraq və həvəsinin artırılmasını, eyni zamanda RUGİM-in əsas fəaliyyət istiqamətləri uşaq, yeniyetmə və gənclərin iştirakı ilə “Ekoklub”ların və müxtəlif profilli dərnək məşğələlərinin təşkili, beynəlxalq və respublika səviyyəli müsabiqələri, intellektual oyunları, breyn-rinq bilik yarışlarını, olimpiadaları, yay məktəblərini, düşərgələrini və digər maarifləndirici silsilə tədbirləri, bir sıra yerli və beynəlxalq layihələri həyata keçirir. Mərkəzin 400 dərnəyi uşaqların xidmətindədir. Mərkəzdə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) məşğələlər keçirilir. 6000 uşaq müxtəlif istiqamətli dərnəklərdə məşğul olur. Uşaq və gənclər ölkədaxili və beynəlxalq sərgilərdə, Avropa və dünya çempionatlarında, olimpiya yarışlarında iştirak edir. Məşğələlərimiz beynəlxalq ekspertlər, respublikanın tanınmış müəllimləri, əməkdar və xalq artistləri tərəfindən tədris edilir.

Qeyd edilib ki, Təhsil Nazirliyi sistemində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində 110 min nəfərdən çox şagird məşğul olur.

Ramid İbrahimov


Məktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLARMəktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLARMəktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLARMəktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLARMəktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLARMəktəbdənkənar təhsil müəssisəsinə mediatur-FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR